AZ

Paşinyanın ordu sirri açıldı: Maaşları ikiqat artırmaqla nə etmək istəyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, son illərdə orduya böyük sərmayələr qoyulub və islahatlar aparılıb.

“Birincisi, hərbi qulluqçulara peşəkar ixtisaslarından asılı olaraq maaşlarını ikiqat artırmağa imkan verən könüllü sertifikatlaşdırma proqramı mövcuddur. Bu gün ordumuzda on minlərlə hərbçi könüllü sertifikatlaşdırma nəticəsində sertifikatlaşdırmadan əvvəlki maaşlarından 30, 50, 100 faiz və hətta daha çox maaş alır,” – Paşinyan qeyd edib.

Züriyyə Qarayeva

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Paşinyanın bu açıqlaması bir tərəfdən Ermənistanın son illər orduda apardığı islahatları nümayiş etdirməyə yönəlir, digər tərəfdən isə daxili auditoriyaya verilmiş mesaj rolunu oynayır:

“Xüsusilə maaş artımları və sertifikatlaşdırma mexanizmi vurğulanır ki, bu da peşəkar ordu modelinə keçid niyyətini göstərmək məqsədi daşıyır. Amma sual yaranır: bu cür proqramlar genişmiqyaslı və dayanıqlı nəticə verə biləcəkmi? Təkcə maaş artımı ordunun döyüş qabiliyyətini avtomatik yüksəltmir; əsas məsələ sistemli hazırlıq, komandanlıq keyfiyyəti və real döyüş təcrübəsidir.

Digər tərəfdən, bu açıqlamanı regional kontekstdən kənarda dəyərləndirmək çətindir. Ermənistan cəmiyyəti 2020-ci ildən sonra orduya inam böhranı yaşayır və Paşinyan hökuməti bu inamı bərpa etmək üçün tez-tez rəqəmlərlə danışmağa üstünlük verir. Sertifikatlaşdırma və maaş artımları ordunun daxili motivasiyasını qismən artıra bilər, amma ordunun gücü yalnız sosial paketlə ölçülmür. Müasir müharibələr göstərir ki, texnologiya, strateji düşüncə və real hazırlıq həlledici faktorlardır. Bu baxımdan, Paşinyanın dedikləri daha çox niyyət və təqdimat xarakteri daşıyır; nəticələrin isə zamanla nə dərəcədə doğrulacağı hələ açıq sual olaraq qalır”.

Atilla Rzasoy

Seçilən
15
nocomment.az

1Mənbələr