AZ

Sabiq Liverpul lu Ayntraxt ın yeni baş məşqçisi ola bilər

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi ola bilər

"Ayntraxt" klubunun baş məşqçi vəzifəsinə yeni namizədlər bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat paylaşıb. Onun sözlərinə görə, klubun çalışdırıcısı olmaq üçün ən real namizəd vaxtilə "Liverpul"da forma geyinmiş Albert Rieradır.

Hazırda Sloveniyanın "Çelye" klubunu çalışdıran ispaniyalı mütəxəssisin istefaya göndərilən Dino Topmölleri əvəzləməsi gözlənilir.

Klub rəhbərliyi Riera ilə razılığa gələ bilməyəcəyi təqdirdə ehtiyat variantları da nəzərdən keçirir. Belə ki, siyahıda "Bodo Qlimt"dən Kyetil Knutsen, "Kopenhagen"dən Yakob Neestrup və son iş yeri "Leyptsiq" olan Marko Rozenin də adları var.

Qeyd edək ki, "Ayntraxt" Bundesliqada geridə qalan 19 turdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqası zonasından (4-cü yer) 9 xal geri qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
qol.az

3Mənbələr