AZ

Bu ərazilərə tramvay yolu çəkilə bilər

Mehdiabaddan metronun “28 May” stansiyasına qədər tramvay xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır. Bəs Bakının daha hansı ərazilərində tramvay xətlərinin yaradılmasına ehtiyac var? Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, tramvay yolunun çəkilməsi məsələsində iki əsas məqam var: birincisi zərurət, ikincisi isə bunun harada mümkün olmasıdır. Ekspert vurğulayıb ki, hazırda “Sea Breeze”dən “28 May”a qədər çəkilməsi nəzərdə tutulan tramvay xətti planlaşdırılır ki, bu xətt Məhəmmədi, Mehdiabad və Binəqədi istiqamətlərindən keçəcək: “Bakı şəhəri artıq oturuşub. Binaların və obyektlərin sökülməsi isə baha başa gəlir. Məhz buna görə də hazırda bu istiqamət üzrə tramvay yolunun çəkilməsi planlaşdırılır. Gələcəkdə imkan yaranarsa, bulvar boyunca Bayıldan Zığ istiqamətinə doğru da tramvay xəttinin çəkilməsi mümkün ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
34
metbuat.az

1Mənbələr