Bakı.Trend:
Sabirabad rayonunun bəzi kəndlərinin qaz təchizatında fasiləyaranacaq.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, Sabirabad rayonunun Qarağac, Minbaşı, Dadaşbəylikəndlərini, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsini (1537abonent) təbii qazla təmin edən Dş 200 mm-lik yeraltı politlen qazkəmərini digər təşkilata məxsus texnikanın zədələməsi nəticəsindəqaz təchizatı 28.01.2026-cı il saat 17:50-dən etibarəndayandırılmışdır. Təmir işlərinin görülməsi və qaz təminatınınbərpası növbəti günə planlaşdırılır.