AZ

Süni intellekt bəşəriyyəti kritik sınaq mərhələsinə gətirib - Xəbərdarlıq

Süni intellekt startapı "Anthropic"in rəhbəri Dario Amodei bildirib ki, bəşəriyyət “bir növ olaraq kimliyimizin sınandığı” yeni və riskli süni intellekt inkişaf mərhələsinə qədəm qoyur.

AzNews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, dünya bu risklərə qarşı daha ayıq olmalıdır.

Məşhur “Claude” çatbotunun yaradıcısı və şirkətin həmtəsisçisi olan Amodei narahatlıqlarını 19 min sözdən ibarət “Texnologiyanın yeniyetməliyi” adlı essesində ifadə edib. O, yüksək güclü süni intellekt sistemlərinin ortaya çıxmasını potensial olaraq qaçılmaz proses kimi dəyərləndirib:

“İnanıram ki, biz həm mürəkkəb, həm də qaçılmaz bir keçid mərhələsinə daxil oluruq. Bu mərhələ bir növ olaraq kim olduğumuzu ciddi şəkildə sınağa çəkəcək”, – deyə Amodei yazıb.

O vurğulayıb ki, 2023-cü ildə süni intellektin yaratdığı ekzistensial risklər siyasi gündəmi zəbt etsə də, 2026-cı ildə dünya artıq “real təhlükəyə xeyli yaxın” olacaq.

Amodei həmçinin, İlon Maska məxsus Grok süni intellekt sistemi ətrafında yaranan qalmaqallara, o cümlədən cinsiləşdirilmiş deepfeyklər və uşaqlara qarşı cinsi istismar materiallarının yaradılması ilə bağlı xəbərdarlıqlara diqqət çəkib.

Seçilən
29
7
aznews.az

8Mənbələr