Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə verdiyi müsahibədə bildirib.
Səfir qeyd edib ki, Azərbaycan əməkdaşlığa, qarşılıqlı hörmətə və sülh şəraitində inkişafa önəm verir, Bosniya və Herseqovinanı isə dost və strateji əhəmiyyətə malik tərəfdaş kimi dəyərləndirir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin hər iki xalqın və gələcək nəsillərin rifahı naminə daha da möhkəmlənəcəyinə əminlik var. Bu baxımdan Azərbaycan turizm və biznes sahələrinin inkişafını təşviq etməyi qarşısına məqsəd qoyub və bunun xalqlar arasında yaxınlaşmanı gücləndirəcəyinə, vətəndaşlar üçün müsbət nəticələr yaradacağına inanır. Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqinə dair təşəbbüs səyahət, turizm və sosial əlaqələri xeyli asanlaşdıracaq.