AZ

Britaniya və Fransa Ukraynaya qoşun göndərəcək?

Ukraynaya hazırda müzakirə olunan təhlükəsizlik zəmanətləri bu ölkəyə Böyük Britaniya və Fransanın hərbi kontingentlərinin göndərilməsini nəzərdə tutur, onlara dəstəyi isə ABŞ Silahlı Qüvvələri verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatda dinləmələr zamanı bildirib.

O deyib ki, NATO-nun hərbi imkanları və ayrı-ayrı müttəfiqlərin cəlb olunması ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir:

"Təhlükəsizlik zəmanətləri haqqında çox danışırlar və hazırda Ukrayna ilə bağlı bu məsələ üzrə ümumi razılıq əldə olunub".

"Əslində təhlükəsizlik zəmanəti ABŞ tərəfindən olan dəstəkdir. Mən bəzi Avropa ölkələrinin Ukraynada müharibədən sonra qoşun yerləşdirməyə hazır olduğu faktını inkar etmirəm. sadəcə olaraq onu qeyd edirəm ki, ABŞ-ın dəstəyi olmadan bu, əhəmiyyətsizdir", - deyə o vurğulayıb. Dövlət katibinin sözlərinə görə, bunun səbəbi ayrı-ayrı dövlətlərin 20-30 il ərzində öz silahlı qüvvələrinə kifayət qədər vəsait yatırmamasıdır.

Seçilən
7
1
ikisahil.az

10Mənbələr