AZ

Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

 

Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: "Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib".

 

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 28 Yanvar 2026, 22:22   
Seçilən
14
19
pravda.az

10Mənbələr