Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"də bildirib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu ilə bağlı yazıb:
"Liverpul" - "Qarabağ" oyunu üçün çox həyəcanlıyam! Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.