AZ

Onlara 3 qat əmək haqqı veriləcək - AÇIQLAMA – VİDEO

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Bizim.Media xəbər verir ki, hüquqşünas Sahib Məmmədov deyir ki, sözügedən müavinət əvvəl də olub.

Lakin indiyədək bu məbləğ əməkhaqqının azı 2 misli qədər idi. 

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.

Ətraflı “Baku TV”nin videosüjetində:

Bizim.Media 

Seçilən
35
3
bizim.media

7Mənbələr