AZ

Yerə oxşar planet kəşf edilib

"Kepler" kosmik teleskopu 2018-ci ildə fəaliyyətini başa vursa da, onun məlumatları əsasında edilən kəşflər davam edir. Növbəti belə kəşf Yerə son dərəcə bənzər, lakin olduqca soyuq olan bir planetin aşkar edilməsidir.
 
Yer ölçülərində olan səma cismi Günəş tipli bir ulduzun ətrafında, bizdən təxminən 146 işıq ili məsafədə dövr edir. Hələlik təsdiq tələb edən "namizəd" statusuna malik bu planetin orbital dövrünün Yerə yaxın - təxminən bir il olduğu ehtimal edilir.
 
Ona verilən "HD 137010 b" adı ilə tanınan planet, həmçinin öz ulduzunun "yaşayış zonasının" ən kənar sərhədində yerləşə bilər. Bu isə uyğun atmosfer şəraitində planetin səthində suyun mövcud ola biləcəyi məsafə deməkdir.
 
Ulduz kifayət qədər parlaq və yaxın olduğu üçün gələcəkdə detallı müşahidələr aparmaq mümkündür. Planetin aldığı istilik və işıq miqdarı Yerə Günəşdən çatan enerjinin üçdəbirindən də azdır. Bu isə planetin səth temperaturunun mənfi 68 dərəcə Selsidən yuxarı qalxmaması ehtimalını yaradır. /Oxu.az/
 
Seçilən
38
3
moderator.az

4Mənbələr