AZ

Monqolustanda qızılca xəstəliyinə yoluxanların sayı 14 mini keçib

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Monqolustanda qızılca hallarının sayı 14002-yə çatıb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat verib.Mərkəzdən bildirilib ki, 27 yanvar tarixinə 13.967 qızılca xəstəliyi qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. İki gün sonra, 29 yanvarda bu infeksiyaya yoluxanların sayı 14.002-yə çatıb. Ən yüksək yoluxma nisbəti 10-14 yaş qrupundadər ki, bu kateqoriya üzrə 5.183 hal qeydə alınıb. Həmçinin, 0-4 yaşlarında 3.330 uşaq, 5-9 yaşlarında 1.806 uşaq və 15-19 yaşlarında 1.751 yeniyetmə qızılca xəstəliyinə tutulub.Daha əvvəl ictimaiyyətə xəbərdarlıq edilmişdi ki, 1 yanvar 2011-ci il ilə 31 dekabr 2016-cı il arasında anadan olmuş 10-15 yaşlı uşaqlara 6 fevral 2026-cı ilə qədər əlavə qızılca və məxmərək peyvəndləri vurulacaq. Bu peyvəndlər məktəblərdə qış tətili bitdikdən sonra yoluxma riskinin artması ilə əlaqədardır. Çünki burada xəstəlik hallarının əksəriyyəti qeydə alınıb.Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
newscenter.az

2Mənbələr