AZ

Sübut əhəmiyyətli olduqda İKT sistemlərindəki məlumatların götürülməsi mümkün olacaq

Bakı. Trend:

Əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKTsistemində sübut əhəmiyyətinə malik ola biləcək məlumatlarınolmasını güman etməyə əsas verdikdə həmin sistemdə axtarış aparılavə götürülə biləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunanCinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsiyyət və ya dövlət hakimiyyətiəleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətintörədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin,onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcılarınvə ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsinigüman etməyə əsas verən dəqiq məlumat olduqda müstəntiq axtarış vəya götürməni məhkəmənin qərarı olmadan apara biləcək.

Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətininmaterialları hər hansı İKT sistemində, onun hissələrində, elektronverilənlərin saxlanıldığı daşıyıcılarda və ya verilənlərdə iş üzrəsübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını gümanetməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onunhissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda vəelektron verilənlərdə axtarış aparıla və İKT sistemi, onunhissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və yaelektron verilənlər götürülə biləcək. Bu hallarda axtarış və yagötürmənin aparılmasında mütəxəssisin iştirakı təmin ediləcək.

Yuxarıdakı abzasda tutulan hallarda axtarış aparılarkənmüstəntiq aşağıdakı tədbirləri görmək hüququna malikolacaq:

  • İKT sisteminə, onun hissələrinə, elektron verilənlərinsaxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə daxilolmaq;
  • axtarılan məlumatların axtarış aparılan yerdən kənarda yerləşənvə ilkin axtarış aparılan İKT sistemi vasitəsilə qanuni daxilolmanın mümkün olduğu digər İKT sistemində mövcudluğuna dairkifayət qədər əsaslar olduqda davam edən axtarışı təxirəsalınmadangenişləndirərək həmin İKT sisteminə daxil olmaq;
  • daxil olduğu İKT sistemində mövcud olan elektron verilənlərəgirişi qadağan etmək və ya aşkar zərurət olduğu halda, həminelektron verilənləri İKT sistemindən silməklə götürmək;
  • iş üçün əhəmiyyət kəsb edən elektron verilənlərin surətiniçıxarmaqla götürmək və saxlamaq;
  • iş üçün əhəmiyyət kəsb edən elektron verilənlər aşkar olunduqdavə ya bu halların mövcudluğunu yerində müəyyən etmək qeyri-mümkünolduqda İKT sistemini, onların hissələrini və ya elektronverilənlərin saxlanıldığı daşıyıcıları götürmək;
  • İKT sisteminin fəaliyyət göstərməsi və ya orada saxlanılanməlumatların mühafizəsi üçün həyata keçirilən tədbirlər haqqındaməlumatlara malik olan şəxslərdən yuxarıda nəzərdə tutulmuştədbirləri həyata keçirməyə imkan verən zəruri məlumatlarınverilməsini tələb etmək.

İKT sisteminin, onun hissələrinin, elektron verilənlərinsaxlandığı daşıyıcıların götürülməsi nəzərdən keçirildikdə, ilknövbədə onlar götürülmədən elektron verilənlərin mümkünlüyügötürülməsi qiymətləndiriləcək. Elektron verilənlərin götürülməsizamanı onların zədələnməsi və ya təhrif olunmasını güman etməyəkifayət qədər əsaslar olduqda, yaxud İKT sisteminin, onunhissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcılarıngötürülməməsi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,tam və obyektiv tədqiq edilməsinə mane ola biləcəyi hallardaaxtarış aparılan ərazidə qanuni fəaliyyətin davamlılığının təminedilməsi üçün mümkün tədbirlər görülməklə İKT sistemi, onunhissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılargötürüləcək.

Zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqangötürülmüş İKT sistemini, onun hissələrini, elektron verilənlərinsaxlanıldığı daşıyıcıları və ya elektron verilənləri dərhal qanunisahibinə qaytarmalıdır.

Elektron verilənlər götürüldükdə onların tamlığı və təhlükəsizsaxlanılması təmin edilməlidir. Daşıyıcıya köçürüldüyü zamanelektron verilənlərin zədələnməsi və ya təhrif olunmasını gümanetməyə kifayət qədər əsaslar olduqda və ya cinayət işininistintaqına mane ola bilən hallarda zəruri prosessual hərəkətləryerinə yetirilənədək elektron verilənlərin köçürülməsinə yolverilməyəcək.

Yuxarıda nəzərdə tutulmuş hallarda işə aid olan əldə edilmişməlumatlar müstəntiq tərəfindən axtarış və ya götürmə protokolundaətraflı göstəriləcək.

Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessualqanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklifedilir:

  • informasiya və kommunikasiyatexnologiyaları sistemi – proqram təminatıəsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emaledən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və yaəlaqələndirilmiş qurğular qrupudur;
  • elektron verilənlər – faktların,məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlıformada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyənfunksiya yerinə yetirməsini təmin edən proqramdır;
  • xidmət provayderi – göstərdiyixidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiyaimkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və yaxidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və yasaxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu),hüquqi və ya fiziki şəxsdir;
  • trafik verilənləri – kommunikasiyanınmənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü,müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinintərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKTsistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olanhər hansı elektron veriləndir;
  • abunəçi məlumatları – trafik və yaməzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiyaxidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri vəxidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşmasıəsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafiünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödənişməlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlərhaqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmətprovayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmətprovayderində saxlanılan istənilən məlumatlardır;
  • məzmun verilənləri – abunəçiməlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər,mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar dadaxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyətiilə əlaqəli hər hansı elektron verilənlərdir.
Seçilən
23
3
az.trend.az

5Mənbələr