AZ

Ülvi Hüseynlinin istefasının pərdəarxası: Naxçıvanda “kiçik üsyan”, paytaxtdan xəbərdarlıq – İDDİA

Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynlinin istefası göründüyü kimi “öz xoşuyla” baş verməyib.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə Heydər Oğuz çıxış edib.

İddialara əsasən, Hüseynli ərizə yazmaqdan imtina edib və bir neçə gün dirəniş göstərərək vəzifədə qalmağı bacarıb.

Məlumata görə, bu prosesdə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini, hazırda sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun da rolu olub. Bildirilir ki, o, bir müddət ərzində Hüseynlinin işdən azad olunması ilə bağlı sərəncamı imzalamaqdan imtina edib və bununla aparıcı məmurun siyasi ömrünü daha bir gün uzadıb. Son nəticədə paytaxtdan “xəbərdarlıq” gəldikdən sonra imza atılıb və məsələ rəsmi şəkildə həll edilib.

İddialara görə, bu, Bəxtiyar Məmmədovun ilk belə addımı deyil. O, yeni xüsusi nümayəndənin təqdim etdiyi bəzi sənədlərin imzalanmasında da müqavimət göstərib. Məsələlər, adətən, Bakının prosesə müdaxiləsindən sonra yoluna qoyulub.

Baş verənlər bölgədə tez-tez yaşanan siyasi gərginlikləri yenidən gündəmə gətirib. Naxçıvanda adi bir sərəncamın belə gecikməsi bəzən yerli idarəetmədə “kiçik üsyanlar”a çevrilir. Bəzi müşahidəçilər vəziyyəti ironik şəkildə “Lampa Respublikası” kimi adlandırmağa başlayıblar.

Hadisələr fonunda Naxçıvandakı idarəçilik mexanizminin yenidən qurulması ilə bağlı məsələlər də müzakirə mövzusu olaraq qalır.

Sara Əli 

Seçilən
6
1
nocomment.az

2Mənbələr