AZ

Şəmşad Ağaya anasının dəfnində iştirak etməyə icazə verildi

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı vəkil Fəxrəddin Mehdiyevin vəsatəti məhkəmə tərəfindən təmin edilib. O, Lerikin Şilvə kəndində keçiriləcək yas mərasimində 3 gün müddətində iştirak edə biləcək.

Qeyd edək ki, Ş. Ağanın anası ötən gün parkinson xəstəliyindən vəfat edib.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

"Cebheinfo.az"

Seçilən
2
3
cebheinfo.az

10Mənbələr