AZ

Fəlsəfə doktoru imtahanı üzrə 200 ərizə təsdiqlənib, qeydiyyat bu gün başa çatır

Bakı. Trend:

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və yatəhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçininəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrəfəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat prosesibaşa çatır.

Hazırki statistikaya görə, təsdiqlənlmiş ərizələrin sayıAzərbaycan bölməsi üçün 180, rus bölməsi üzrə 20 olmaqla, 200-əçatıb.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsikabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq“Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilərvə vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfədoktoru imtahanında iştirak etmək üçün bu gün saat 23:59-dəkqeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il fevralın15-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoruimtahanının isə fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Danışıqbloku üzrə imtahanın isə 19 fevral 2026-cı il tarixində keçirilməsiplanlaşdırılır.

Qeyd edək ki, imtahan elektron formada kompüterlər vasitəsiləkeçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isəənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçirilıəcək.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanlarınverildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş ilmüddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi vəvətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfədoktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoruimtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan diliimtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara AliAttestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahandaonların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktorudissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlısayılan şəhadətnamə verilir.

İddiaçılar xarici dillər üzrə fəlsəfə doktoru imtahanıproqramları ilə aşağıdakı keçidlərdə tanış ola bilərlər:(Azərbaycan dilində, rus dilində); Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanıproqramı.

Seçilən
54
15
az.trend.az

10Mənbələr