AZ

Fermerlərə sığorta ödənişləri artıb

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu (ASF) Şəmkir və Samux rayonlarında becərilən arpa və şaftalı sahələri üzrə növbəti sığorta ödənişlərini həyata keçirib.

Samux rayonunun Füzuli kəndindən olan fermer Asif Qurbanova arpa sahələrinə dəymiş zərərə görə sığorta ödənişi edilib. O, 2025-ci ildə 44 hektar sahəni çoxsaylı risklərdən sığortalamış və bunun üçün ümumilikdə 557 manat sığorta haqqı ödəmişdi. Ötən ilin may ayında fermerin əkin sahəsinə ceyranların hücumu nəticəsində buradakı bitkilərin bir hissəsi məhv edilib. Əkinlər sığortalı olduğu üçün ASF tərəfindən fermerə 2 min 303 manat məbləğində sığorta ödənişi gerçəkləşdirilib.

Şəmkir rayonunun Varlı Həyat kəndindən olan 2 fermer isə arpa sahələrinə dolu yağması nəticəsində dəymiş zərərə görə sığorta ödənişi alıb. Fermer Nəsir Yusifov 23 hektar sahəni sığortalamaq üçün 927 manat, digər fermer Eldəniz Yusifov isə 10,6 hektar sahə üçün 364 manat sığorta haqqı ödəmişdi. May ayında baş verən dolu hadisəsi nəticəsində həmin arpa sahələrinin bir hissəsinə zərər dəyib. Dəymiş ziyan Fondun həmin sahələrdə keçirdiyi baxış və ekspertiza nəticələrinə əsasən fermerlərə müvafiq olaraq 12 min 302 və 5 min 313 manat məbləğində sığorta verilib.

Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov isə 2,75 hektar sahədə nektarin bağını sığortalamış və bunun üçün 4 min 240 manat sığorta haqqı ödəmişdi. Sahədə şaxta vurduğuna görə meyvələr məhv olub. Ekspert araşdırması və zərərin hesablanmasından sonra ASF vasitəsilə fermerə ödədiyi məbləğin 3 qatı məbləğində (13 min 710 manat) sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondunun sığorta ödənişləri davam edir. Fermerlərə sığorta ödənişlərini təqdim edən Aqrar Sığorta Fondunun Şəmkir və Goranboy regional filiallarının rəhbərləri Valeh Əsədov və Tofiq Əsgərov aqrar sığorta mexanizminin fermer təsərrüfatlarının qorunmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, aqrar sığorta dövlət dəstəkli olduğu üçün sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər. Hadisə baş verdikdə isə sığorta ödənişi fermerin ödədiyi sığorta haqqını dəfələrlə üstələyir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
8
xalqqazeti.az

10Mənbələr