Bakı, 29 yanvar, AZƏRTAC
2026-2027-ci tədris illərindən etibarən magistratura pilləsi üzrə “Süni intellekt” ixtisasının standart ixtisas kimi açılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
Rektor bu təşəbbüsün universitetdə rəqabətli insan kapitalının formalaşdırılmasına və müasir texnoloji çağırışlara cavab verən yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinə xidmət edəcəyini vurğulanıb.