AZ

Vaşinqton Tokioya milyardlarla dollarlıq hərbi təchizatı yubadır

ABŞ 1,145 trilyon yen (təxminən 7,6 milyard dollar) dəyərində silah və hərbi texnikanın Yaponiyaya çatdırılmasını beş ildən çoxdur yubadır. Hərbi məhsullar 118 müqavilə çərçivəsində həyata keçirilməlidir. Bu, Amerika istehsalçıları ilə bağlı problemlərlə bağlıdır.

Herbiand.az bildirir ki, bu barədə Nikkei qəzeti məlumat verib.

Yaponiya hökumətinin audit orqanları Müdafiə Nazirliyindən bu məsələləri ABŞ hakimiyyəti ilə daha fəal şəkildə həll etməsini istəyib.

Yaponiya tərəfi xüsusilə 2019 və 2020-ci illərdə gəlməli olan E-2D hava erkən xəbərdarlıq və idarəetmə təyyarələri üçün avadanlıq təchizatına dair dörd müqavilədən narahatdır. Gecikmələrə görə, Yaponiya Hərbi Hava Qüvvələri köhnə təyyarələrin avadanlıqlarından istifadə etmək məcburiyyətindədir.

Qəzet qeyd edib ki, müqavilələrin yerinə yetirilməsindəki çətinliklər qismən ABŞ anbarlarında lazımi avadanlıq və silahların olmaması ilə bağlıdır. Problemlər “Patriot” HHM sistemi üçün PAC-3 zenit raketləri ilə bağlıdır. ABŞ özü Amerika lisenziyası ilə istehsal olunduğu Yaponiyadan onları almağa başlayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr