AZ

ABŞ tarixində ən böyük etiraz aksiyası: Tramp kral deyil!

“Krallar yoxdur” hərəkatı ABŞ tarixində ən genişmiqyaslı etiraz aksiyalarından birinə çevriləcək.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti yazıb.

Məlumata görə, hərəkat üzvləri prezident Donald Trampın siyasətindən narazı olan milyonlarla amerikalının bu aksiyalarda iştirak edəcəyinə əmindir.

Bildirilir ki, etirazlar administrasiyanın son addımlarına cavab olaraq planlaşdırılır. Hərəkat özünü avtoritar meyllərə qarşı xalq müqaviməti kimi təqdim edir.

Qeyd edək ki, Tramp etirazlara sosial mediada süni intellekt vasitəsilə özünü monarx kimi təsvir edən video paylaşmaqla cavab verib. O, daha əvvəl kral ailəsi ilə müqayisələri rədd edərək “Mən kral deyiləm” demişdi.

Seçilən
16
publika.az

1Mənbələr