Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.
“Cebehinfo.az”-ın məlumatına görə, “Hürriyet” qəzeti bu barədə açıqlama yayıb.
Qeyd edilir ki, Ərdoğan bu təklifi yanvarın 27-də ABŞ Prezidenti ilə telefon danışığı zamanı irəli sürüb.
Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsinə çağırıb. “Tramp Ərdoğanın təklifinə müsbət yanaşır”, - deyə qəzet yazır.
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə həmkarı Hakan Fidan ilə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyui bildirilir. Lakin səfərin konkret tarixi hələ açıqlanmayıb.
Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar.
Tərəflər İran ətrafındakı son hadisələri və bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.