AZ

Günə düzgün başlamaq üçün 5 faydalı vərdiş -Psixoloq DANIŞDI

Psixoloq Silviya Severino bildirib ki, günü düzgün başlamaq üçün beş faydalı vərdiş formalaşdırmaq vacibdir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "20minutos" nəşrinə danışıb.

Severino ilk növbədə günə məqsəd qoymağı məsləhət görüb. O, vurğulayıb ki, oyanandan dərhal sonra kiçik, amma realistik tapşırıqları planlaşdırmaq pozitiv ruh halına kömək edir. Bundan əlavə, psixoloq bildirib ki, ən azı beş dəqiqə hərəkət etmək də vacibdir, çünki bədən bir neçə saat sakit vəziyyətdə olub. Yüngül gərmə hərəkətləri əzələləri rahatladır və beynə tam fəaliyyətə başlamaq siqnalını verir. Severino əlavə edib ki, bir stəkan su içmək də metabolizmi aktivləşdirir.

Psixoloqun fikrincə, digər iki faydalı vərdiş isə belədir: oyanandan dərhal sonra cihazlardan uzaq durmaq, beləliklə gün stres və narahatlıqla başlamır, və qısa müddət meditasiya, pozitiv təsdiqləmələr, məqsədlərin vizuallaşdırılması və ya digər beyin və psixoloji sağlamlığı yaxşılaşdıran məşğələlər üçün vaxt ayırmaq.

Aytəkin TOFİQQIZI

Seçilən
8
1
redaktor.az

2Mənbələr