AZ

Yolda yarış təşkil edənlər saxlanıldı – Video


Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.
Yeniavaz.com
İdarənin yaydığı məlumata istinadla xəbər verir ki, araşdırma nəticəsində 23 yanvar 2026-cı il tarixində Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi “Chevrolet Cobalt”markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edildiyi, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıldığı müəyyən edilib.
“Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb”, - rəsmi məlumatda deyilir.
Seçilən
19
32
yeniavaz.com

10Mənbələr