Bakı. Trend:
Sığorta şirkətlərinin BOKT istiqrazlarını ala bilməsi üçünMərkəzi Banka müraciət ünvanlanması üçün müəyyən addımlar atılabilər.
Trend xəbərverir ki, bunu “Azərbaycan Kapital Bazarları Assosiasiyası” İctimaiBirliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bu gün Bakıdakeçirilən Mikromaliytə Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda sığorta şirkətləri bank olmayankredit təşkilatlarının (BOKT) istiqrazlarını ala bilmirlər: "Bizassosiasiyalar — Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA),Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), AzərbaycanSığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan BanklarAssosiasiyası — birlikdə Mərkəzi Banka müraciət edə bilərik".
"Yəni həm alış, həm də satış tərəfinin bununla bağlı tələbi var.Xüsusən də Milli Reytinq Təşkilatının yaradılması ilə bağlıqanunvericilik layihəsi hazırlandıqdan sonra bu mövzuya diqqətyetirilə bilər”, - O. Bağırov vurğulayıb.