AZ

Sosial şəbəkə oyunları uşaqların davranışını necə dəyişir?

"Uşaqlara sosial şəbəkə qadağası artıq bəzi ölkələrdə tətbiq olunur. “Uşağım çox əsəbidir” cümləsini az qala hər valideyndən eşidirik. Hər uşağın öz səbəbi var, amma ümumi bir səbəb də mövcuddur - sosial şəbəkələrdəki oyunlar".

Ölkə.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib:

"Siz uşaq oyunu izləyərkən fikir verin: ekranda nə görürsə, onu təkrar edir - jestlər, mimikalar, hərəkətlər, səs-küy, qışqırıq. Hamısını təkrarlayır və bunların hamısı aqressiv hərəkətlərdir.

Ya da uşaq oyuna baxarkən sizi eşitmir, nə etsəniz belə reaksiya vermir, çünki bütün diqqəti oradadır. Sonra da hansısa həkim bu praktik olaraq sağlam uşağa autistik spektr diaqnozu qoyur və sizi çöllərə (həkimlərə) salır. Çıxılmazlıqdırmı? Xeyr! Uşağın əylənməsi üçün alternativlər kifayət qədərdir. Valideyndə istək olsa, tapacaq".

Həmidə İbrahimova

Seçilən
10
1
olke.az

2Mənbələr