AZ

Bu klip efirdə yayımlanmayacaq Video

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir müddət əvvəl onkoloji xəstələrə dəstək xarakterli klipləri ilə gündəmə gələn “Cahan” qrupu daha bir işini təqdim edib.

Axşam.az xəbər verir ki, “Nankor” adlı mahnıya çəkilən klipdə aktyor Manaf Dadaşov və blogerlər rol alıblar. 

Layihənin rəhbəri Vüqar Şəfiyevin sözlərinə görə, klip efirdə yayımlanmayacaq.  Belə ki, ekran işi yalnız sosial platformalar üçün nəzərdə tutulub. Klipdə tamaşaçılara pis vərdişlərdən uzaq olmaq kimi sosial mesaj göndərilir. 

“Nankor” mahnısının sözləri Leyli İsrafilova-Erol, musiqisi Hakan Erola məxsusdur. Klipin rejissoru Aslan Qarayevdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
12
axsam.az

10Mənbələr