İranım Ali Rəhbəri Əli Xamenei bildirib ki, ABŞ-nin irəli sürdüyü, tədricən uranın zənginləşdirilməsinin dayandırılmasını nəzərdə tutan təklif Tehran üçün müstəqillik prinsiplərini pozur.
“Amerikalılara və digər tərəflərə deyirik: niyə siz müdaxilə edir və İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyinə qərar verməyə çalışırsınız? Bu sizin işiniz deyil,” – deyə Xamenei açıqlamasında bildirib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ hələ İrana rəsmi cavab verməyib. ABŞ tərəfi isə təklifin rədd olunmasını və həftəsonu baş tutacaq danışıqlarda müzakirələrin davam etdirilməsini gözləyir.