AZ

Pley offa vəsiqə Qarabağ ın gəlirini artırdı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla gəlirini artırıb.

Oxu.Az xəbər verir ki, komanda Çempionlar Liqasının son turunda "Liverpul"a məğlub olsa da, büdcəsinə iki milyon avro qazanc gətirə bilib.

Belə ki, Liqa mərhələsini ilk 24-lükdə bitirən komanda bir milyon avro bonus əldə edib. Eyni zamanda, Ağdam təmsilçisinin pley-off mərhələsində iştirak etməsi ona əlavə bir milyon avro qazandıracaq.

Qeyd edək ki, "köhlən atlar"ın cari mövsümdəki gəliri təxminən 32.75 milyon avroya (66.8 milyon manat) çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
oxu.az

2Mənbələr