AZ

“Devalivasiya hər gün olacaq” – Ekspertdən XƏBƏRDARLIQ

“Devalvasiya olacaq?” – həftədə bir neçə dəfə mənə verilən sual. Əslində, devalvasiya da, revalvasiya da az qala hər gün olur. Manat faktiki dollara bağlanıldığı üçün “sabit məzənnə” dedikdə, sırf dollara olan məzənnə ehtiva edilir. Halbuki dollar özü dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə devalvasiyaya məruz qalır və əksinə”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov “Facebook” səhifəsində yazıb.

Son 2 gün ərzində Mərkəzi Bankın məzənnələr dinamikasında manatın nisbi bahalaşma və ucuzlaşmasına istinad edən ekspert qeyd edib:

“Dünən manat əksər valyutalara münasibətdə bahalaşmışdı (çünki dollar həmin valyutalara nisbətdə bahalaşmışdı). Bu gün isə manat əksər valyutalara münasibətdə devalvasiyaya məruz qalıb (çünki dollar həmin valyutalara nisbətdə ucuzlaşdı)”.

Hüquqşünas vurğulayıb ki, hazırki tendensiya mütəmadi davam edəcək:

“Dolların hegemonluğu sona çatır. ABŞ-də Trampı elə-bilə hakimiyyətə gətirməyiblər ki. Aləmi qarışdıraraq dünyada ən çox borcu olan ABŞ-nin iqtisadi çöküşünün qarşısını almaq istəyir. Amma yeni modelə keçid qaçılmazdır. Odur ki, pullarınızdan muğayat olun...”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
17
2
yenisabah.az

3Mənbələr