AZ

Nigar Alimova: Bələdiyyələrin torpaq sənədləşməsi üzrə müəyyən səlahiyyətləri məhdudlaşdırılıb

Nigar
Azərbaycanda bələdiyyələrin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılıb. 1news.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bələdiyyələr yalnız 2007-ci ilə qədər torpaq sahələri üzrə sənədləşmə apara bilirdi, həmin tarixdən sonra bu sahədə sənəd verilməsi dayandırılıb.

Sədr bildirib ki, hazırda bələdiyyələrin torpaq sahələri üzərində sərəncam vermə mexanizmi də məhdudlaşdırılıb və onlar torpaqları yalnız qanunvericiliyə uyğun şəkildə hərrac vasitəsilə satışa çıxara bilərlər. Birbaşa və ya fərdi qaydada satışlara yol verilmir.

Seçilən
18
1
1news.az

2Mənbələr