AZ

Qvardioladan Mourinyoya mesaj: “Bu, Jozenin strategiyası idi”

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında ilk səkkizliyə vəsiqə qazandıqdan sonra Joze Mourinyonu yada salıb və köhnə dostuna təşəkkür etməyə hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, ispan mütəxəssis maraqlı epizodu xatırlayaraq, mütləq Jozeyə yazacağını bildirib.

“Biz paltardəyişmə otağında idik və bilmirdik ki, “Benfika”nın növbəti mərhələyə çıxması üçün daha bir qola ehtiyacı var. Ona görə də qapıçıya qışqırırdıq: “Hara qaçırsan?! Qapıda qal! “Madrid” bərabərlik qolunu vura bilər və onda biz kənarda qala bilərik!”, - deyə söyləyib.

Qvardiola sonda vəziyyətə yumorla yanaşıb və Mourinyonun qərarını yüksək qiymətləndirib: “Amma bu, Jozenin yaxşı strategiyası idi - dördüncü qolu vurmaq”.

Qeyd edək ki, “Benfika”nın qapıçısı oyunun uzatma dəqiqələrində qapısını tərk edərək yerinə yetirilən cərimə zərbəsi zamanı “Real”ın qapısına başla qol vuraraq komandasının adını pley-off mərhələsinə yazdırıb. Onun bu qolu həmçinin Çempionlar Liqasında günün qolu seçilib.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr