AZ

Milyarder qayınatası xanımına ayda 1 milyon dollar cib xərcliyi verir

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

83 yaşlı milyarder Nelson Peltz qızı, aktrisa Nikola Peltsə hər ay 1 milyon dollar cib xərcliyi verir.

Axşam.az xəbər verir ki, milyarderin qızı və onun həyat yoldaşı, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin Bekhem ailəsi ilə yaşadığı qalmaqallar fonunda məhz bu vəsait hesabına yaşayır.

İddialara görə, cütlüyün əsas maddi təminatı Nikolanın atası tərəfindən verilən aylıq maliyyə dəstəyidir.

"Daily Mail"in məlumatına görə, Nelson Peltzin sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilir. Bu məbləğ Devid və Viktoriya Bekhemlərin ailə sərvətindən (təxminən 680 milyon dollar) iki dəfədən çoxdur.

Bildirilib ki, Bruklin valideynlərindən maliyyə dəstəyi almır. Xüsusilə o, sosial şəbəkələrdə valideynlərini tənqid etdikdən sonra yardımlar tamamilə kəsilib. 

Bundan başqa, sosial şəbəkələrdə 31 yaşlı Nikolanın xeyli arıqlaması da müzakirə yaradıb. Bu dəyişiklik onun həyat yoldaşının ailəsi ilə yaşadığı konfliktlə əlaqələndirilir.

Xatırladaq ki, Bruklin artıq təxminən bir ildir ailəsi ilə ünsiyyət qurmur. O,  açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib. Bruklin həmçinin valideynlərinin Nikolanı sevmədiyini və 2022-ci ildə baş tutan toylarını demək olar ki, korladıqlarını iddia edib.

Cütlük 2025-ci ildə toy mərasimini yenidən keçirib. Mərasimi Nikolanın atası təşkil edib və Bruklinin ailə üzvlərindən heç kim dəvət olunmayıb.

Şayiələrə görə, Bruklin Bekhem ailəsi ilə yaşadığı konflikt barədə kitab yazmağı planlaşdırır. Devid və Viktoriya Bekhem isə oğullarının açıqlamalarına hələlik münasibət bildirməyiblər.

Qeyd edək ki, Nelson Peltzin 10 övladı var. Nikola Peltz onun model Klaudiya Heffnerlə (hazırda 70 yaşındadır) olan evliliyindən dünyaya gəlib. Cütlük 1985-ci ildən evlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axsam.az

1Mənbələr