AZ

Kreml Bəşər Əsədin ekstradisiya olunmasına münasibət bildirib

“Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əl-Şaraa arasında Moskvada baş tutan görüş zamanı Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi müzakirə olunmayıb”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

“Xeyr, liderlər arasında bu mövzu müzakirə olunmayıb”. – deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, ötən gün Putin və Əhməd əl-Şaraa arasında görüş baş tutub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr