2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi xalis mənfəəti 165.52 mln. manat təşkil edib ki, bu, 2024-cü ilin 176.25 mln. manatlıq nəticəsindən 6% azdır. Beləliklə, sığorta bazarında ümumi mənfəət azalma tendensiyası göstərib.
Banker.az xəbər verir ki, ən yüksək xalis mənfəət 2025-ci ildə “PAŞA Həyat Sığorta”da qeydə alınıb – 53.38 mln. manat. İkinci yerdə “PAŞA Sığorta” xalis mənfəət 40.59 mln. manat, üçüncü isə “Azre Təkrarsığorta” – 22.35 mln. manat təşkil edib.
Azərbaycanda xalis zərər açıqlayan tək şirkət “Azərbaycan Sənaye Sığorta” olub. 2024-cü ildə şirkət 1.3 milyon manat xalis mənfəət əldə etmişdisə, 2025-ci ildə -2.82 mln. manat zərərlə işləyib.
Banker.az renkinqi təqdim edir: