AZ

İran gəmisi Xəzərdə qəzaya uğradı

İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə MNS məlumat yayıb.
Məlumata görə, "Caspian Shiva" yük gəmisi Mahaçqala dəniz limanına gedərkən naməlum mənşəli zədə alıb. Sonra gəmi batmağa başlayıb, su sürətlə mühərrik otağına daxil olub.
"Caspian Shiva" gəmisində 10 heyət üzvü var. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Pis hava şəraiti səbəbindən (Xəzər dənizində dalğalar hazırda 2 metr hündürlüyə çatır ) xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Rusiya dəniz limanlarının bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.

Seçilən
6
4
onn.az

5Mənbələr