Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna və ABŞ-dan fərqli olaraq qapalı danışıqlar barədə şərh vermir.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
O, vurğulayıb ki, bu danışıqların məzmunu barədə şərh verənlər danışıqlar etikasına və ədəb qaydalarına riayət etmirlər.
"Bilirsiniz, Dmitri Serqeyeviç Peskov artıq deyib ki, ukraynalılardan və amerikalılardan fərqli olaraq, biz məxfi sükutla keçirilməli olan danışıqlar barədə şərh vermirik", - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, təhlükəsizlik üzrə üçtərəfli işçi qrupun danışıqları 23-24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. Danışıqları zamanı Rusiya, ABŞ və Ukraynadan nümayəndələr iştirak ediblər.
QAZİLER.AZ