Çeçenistan rəhbəri Ramzan Kadırovun Kremlin qəbul edəcəyi görüşdə Rusiya və BƏƏ liderləri ilə birgə masada yer alacağı bildirilir...
Poliqon xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Kremlin divarları arasında keçiriləcək danışıqlarında iştirak edəcək. Bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, görüş çərçivəsində tərəflərin ikitərəfli münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəyi gözlənilir. Danışıqlarda siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya layihələri, enerji və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət kimi mövzuların gündəmdə olacağı ehtimal edilir.
Qeyd edək ki, yanvarın 29-da BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan rəsmi səfərlə Moskvaya gəlib. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və bir sıra məsələlər üzrə mövqelərin uzlaşdırılması nəzərdə tutulur.
Poliqon.info