AZ

Şahin Bağırov üçün bütün limitlər - Vəzifədən uzaqlaşdırlması istisna deyil...

2025-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 369,9 milyon manat təşkil edib...

Poliqon bizimesr.az portalına istinadən bildirir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi məlumatında qeyd olunub. 

Məlumata görə, gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 4,2 faiz, yaxud 278,8 milyon manat azalıb. 

Qeyd edək ki, ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 6,6 milyard manat vəsaitin köçürülməsi proqnozlaşdırılmışdı. Beləliklə, DGK 2025-ci il üzrə büdcə proqnozunu yerinə yetirə bilməyib.

2023-cü ildən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdur.

Rəqəmlər onu göstərir ki, DGK rəhbərliyinin qurduğu sistem, daha dəqiq desək, sistemsizlik Azərbaycanın gömrük gəlirlərinin ildən-ilə azalmasına səbəb olur. Gömrük orqanlarında şəffaflığın təmin olunmaması, effektiv nəzarət mexanizmlərinin işləməməsi və köhnə problemlərin aradan qaldırılmaması büdcə itkilərini qaçılmaz edir.

Bütün bunların fonunda ötən il ərzində qanunsuz fəaliyyət göstərən yüzlərlə şirkətin fəaliyyəti araşdırılıb, bir sıra rəhbər şəxslər həbs olunmuşdu. Lakin bu faktlar gömrük sistemində qanunsuz fəaliyyətin tam aradan qaldırıldığı anlamına gəlmir. Əksinə, vergidən yayınan, idxal-ixrac əməliyyatlarında müxtəlif sxemlərdən istifadə edən şirkət və şəxslərin hələ də mövcud olduğu bildirilir.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun vəzifədən uzaqlaşdırılması və ya Komitənin başqa bir nazirliyin balansına verilməsi məsələsi artıq real mövzuya çevrilib. Mövcud rəqəmlər və proseslər bu istiqamətdə mühüm imkanların formalaşdığını göstərir.
Beləliklə Şahin Bağırovun bütün limitləri bitmiş görünür və onun vəzifədən uzaqlaşdırılması gözlənilir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr