AZ

Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur

Azərbaycanda hotel sənayesində qiymətlərin süni şəkildə aşağı salınması bazarda qeyri-sağlam rəqabət mühiti yaradır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd olunub.

Bildirilib ki, bəzi hallarda hotellər müştəri cəlb etmək üçün çox aşağı tariflər tətbiq edir ki, bu da gəlirliliyin azalmasına və xidmət standartlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə sektorun ümumi inkişafı və dayanıqlılığı risk altına düşür.

Bu səbəbdən orta gündəlik tarif üzrə minimum qiymət həddinin tətbiqi tövsiyə olunur. Hesab edilir ki, bu mexanizm xidmət keyfiyyətinin qorunmasına, ədalətli rəqabətin təmin edilməsinə və qonaq məmnuniyyətinin artmasına müsbət təsir göstərəcək.

Hotellər üçün əmlak vergisinin azaldılması təklif edilir

Azərbaycanda hotel sektorunda yüksək əmlak vergilərinin biznesin inkişafını ləngitdiyi və investisiya imkanlarını məhdudlaşdırdığı bildirilir.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənəddə vurğulanır ki, mövcud vergi yükü hotel sahiblərinin infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və personalın hazırlanması kimi əsas istiqamətlərə əlavə vəsait yönəltməsini çətinləşdirir: "Nəticədə bu amil Azərbaycanın turizm sektorunun beynəlxalq bazarda rəqabət qabiliyyətinə mənfi təsir göstərir".

Hesabatda hotellər üçün əmlak vergisinin azaldılması, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan obyektlərə vergi güzəştlərinin tətbiqi tövsiyə olunur.

Qeyd olunur ki, bu addımlar investisiya mühitinin yaxşılaşmasına, hotel biznesin

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
29
3
marja.az

4Mənbələr