AZ

Xamenei Trampın bu təklifini RƏDD ETDİ

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın Tehranın uranı mərhələli şəkildə zənginləşdirməni dayandırması ilə bağlı təklifini faktiki olaraq rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.

Xamenei daha əvvəl də bu cür təşəbbüslərin İranın müstəqillik prinsiplərinə zidd olduğunu bildirmişdi. O, son çıxışında qeyd edib ki, belə təkliflər ölkənin milli suverenliyinə qarşıdır:

“Amerikaya və digər tərəflərə deyirik: niyə qarışırsınız və Tehranın uranı zənginləşdirib-zənginləşdirməməsinə qərar verməyə çalışırsınız? Bu sizin işiniz deyil”, — deyə ayətullah vurğulayıb.

Məlumata görə, İran rəhbərliyi hələlik Vaşinqtona rəsmi cavab göndərməyib. WSJ-nin mənbəsinə əsasən, ABŞ tərəfi mümkün imtinanı gözləyir və buna baxmayaraq, yaxın həftəsonu danışıqları davam etdirməyə hazırdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr