AZ

Balakən və Qax şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan Balakən və Qax şəhərlərində sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüşlər təşkil olunub. Tədbirlər zamanı iştirakçılara vergi qanunvericiliyində və sosial sığorta sahəsində tətbiq edilən son yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüşlər çərçivəsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, büdcə daxilolmalarının tənzimlənməsi, eləcə də vergi nəzarətinin daha da gücləndirilməsi ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara edilmiş mühüm dəyişikliklər barədə geniş izahatlar verilib.

Sahibkarların qanunvericiliklə bağlı sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb. Qeyd olunub ki, belə göüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Seçilən
3
49
vergiler.az

10Mənbələr