AZ

Ukrayna yalnız bu halda ərazi güzəştlərinə gedəcək – ŞƏRT AÇIQLANDI

Ukrayna Rusiyaya qarşı müharibənin sülh yolu ilə nizamlanması naminə yalnız təhlükəsizlik zəmanətləri verildiyi halda ciddi ərazi güzəştlərinə gedə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin sammiti ərəfəsində bildirib.

Kallas vurğulayıb ki, əgər ukraynalılar mühüm ərazi güzəştlərinə razılaşarlarsa, bu, ölkənin qalan hissəsində davamlı sülhün təmin olunması məqsədi daşımalıdır. Onun sözlərinə görə, belə bir halda ABŞ də daxil olmaqla beynəlxalq tərəfdaşlar təhlükəsizlik zəmanətlərini nəzərə almalıdır.

“Əgər ukraynalılar ciddi ərazi güzəştləri edirsə, bu, Ukraynanın qalan hissəsində sülh naminə edilir. O zaman elə şərait yaradılmalıdır ki, bu sülh real olsun və amerikalılar bunu nəzərə almalıdır”, – deyə Kallas bildirib.

O, həmçinin qeyd edib ki, mümkün sülh razılaşmasının effektiv olması üçün Avropa ölkələrinin birbaşa iştirakı vacibdir, çünki müharibə hələ də davam edir.

“Biz görürük ki, ABŞ artıq bir ildən çoxdur Ukraynanı əvvəlki səviyyədə dəstəkləmir və hazırda əsas dəstək Avropa tərəfindən göstərilir ki, Ukrayna özünü müdafiə edə bilsin”, – deyə Aİ rəsmisi əlavə edib.

Bu arada Financial Times nəşrinin məlumatına görə, ABŞ Ukraynanın münaqişənin nizamlanması ilə bağlı təklif olunan planla razılaşacağı təqdirdə təhlükəsizlik zəmanətləri verməyə hazırdır. Qəzetə danışan səkkiz mənbənin iddiasına əsasən, sözügedən plan Donbas bölgəsinin Rusiyaya verilməsini nəzərdə tuta bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr