AZ

İkardi “Qalatasaray”dan ayrılır

Mauro İkardinin “Qalatasaray”dan ayrılması gündəmdədir.

İdmanxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu “Real Ovyedo” ilə ilkin razılıq əldə edib. Tərəflər arasında bəzi detallar hələ müzakirə olunur.

İspaniya klubu futbolçunu razı sala bilsə, 32 yaşlı forvard mövsümün sonunda Türkiyəni tərk edəcək. İkardinin “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Seçilən
19
idmanxeber.az

1Mənbələr