AZ

Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb

Tərtərdə
Yeni ildə Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb. Bu barədə 1news.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Seçilən
270
4
1news.az

10Mənbələr