Türkiyənin İstanbul Şəhər Jandarma Komandanlığına məxsus və məhbusların daşınması üçün nəzərdə tutulmuş avtomobil naməlum səbəbdən aşıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, avtomobildə sürücü ilə yanaşı, 12 məhbus, 4 jandarma əməkdaşı olub.
Qəza nəticəsində ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb. Ağır yaralılardan birinin jandarma əməkdaşı, digərinin isə məhbus olduğu bildirilib. Digər 8 yaralıdan 4-ü jandarma əməkdaşı, 4-ü isə məhbusdur.
Hadisənin səbəbi araşdırılır.