Bakı. Trend:
Avropa İttifaqı dörd rusiyalı televiziya jurnalistinə - DmitriQuberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittelə,həmçinin artistlər Roman Çumakov (təxəllüsü – Roma Jiqan) və SergeyPoluninə qarşı sanksiyalar tətbiq edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Aİ-nin “Rəsmi Jurnalı”nda dərcolunan sənəddə qeyd olunur.
Avropa İttifaqı onların hamısını peşəkar jurnalist vəyaradıcılıq fəaliyyəti çərçivəsində Ukrayna ilə bağlı RusiyaFederasiyası hökumətinin fəaliyyətini dəstəkləməkdə ittihamedib.
Aİ-nin fərdi sanksiyaları Avropa İttifaqı ərazisinə girişinqadağan edilməsini, həmçinin mövcud olduğu təqdirdə Avropabanklarında yerləşən istənilən maliyyə aktivlərinin dondurulmasınınəzərdə tutur.