Portuqaliyanın "Benfika" klubunun futbolçusu Andreas Şelderup azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Moderator.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Liqa mərhələsinin VIII turunda "Real" (Madrid, İspaniya) ilə keçirilən görüşdə (4:2) 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, norveçli futbolçu səsvermədə Aleksis Makallister ("Liverpul"), Joao Pedro ("Çelsi") və Malik Tillman ("Bayer 04") qabaqlayıb.