Gürcüstanın Qardabani şəhərində 27 yanvar tarixində piyada yolu keçən 18 yaşlı Aidə Qurbanovanın yol-nəqliyyat hadisəsinə məruz qalmasının anbaan görüntüləri yayılıb.
7News.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, ərazidəki təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə əsasən, 27 yanvar saat 22:29 radələrində yolu keçən gənc qız sürətlə hərəkət edən avtomobilin vurması nəticəsində hadisə yerində həyatını itirib.
Qeyd edək ki, faktla bağlı istintaq davam etdirilir. Polis 1992-ci il təvəllüdlü M.M.-ni saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.
Bildirilib ki, saxlanılan şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.