AZ

"Hyundai"da hava yastığı problemi: 568 min avtomobil geri çağırıldı

Bakı. Trend:

"Hyundai Motor" şirkəti ABŞ-də təhlükəsizlik riski səbəbindəntəxminən 569 min "Palisade SUV" modelini geri çağırır.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkətin açıqlamasına görə, yan pərdə hava yastıqlarının düzgünaçılmaması problemi mövcuddur. Geri çağırma 568.576 ədəd "Palisade"modelini əhatə edir.

ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası(NHTSA) bildirib ki, bu avtomobillərdə üçüncü sıra sərnişinləriüçün nəzərdə tutulan yan pərdə hava yastıqları qəza zamanı tamaçılmaya bilər.

Qurum əlavə edib ki, problemin həlli üçün texniki həll hazırdahazırlanma mərhələsindədir. Bundan başqa, NHTSA qeyd edib ki,Hyundai cihazlar panelinin ekranında yaranan nasazlıq səbəbindənABŞ-də əlavə 41.651 avtomobili də geri çağıracaq. Bu problemproqram təminatı yeniləməsi vasitəsilə aradan qaldırılacaq.

Qeyd edək ki, "Hyundai Motor" şirkəti daha əvvəl, yanvarın 29-daABŞ tariflərinin 2026-cı ildə də maliyyə vəziyyətinə mənfi təsirgöstərəcəyini açıqlamışdı. Şirkət bildirmişdi ki, bu tariflərnəticəsində dördüncü rübdə əməliyyat mənfəəti gözləniləndəntəxminən 40 faiz azalıb.

Tariflərlə yanaşı, 2025-ci ilin sonlarında elektrikliavtomobillərə subsidiyaların dayandırılması və ABŞ-da elektriklinəqliyyat vasitələrinin ehtiyatını azaltmaq məqsədilə tətbiq edilənsatış stimulları da şirkətin gəlirlərinin azalmasına səbəbolub.

Yanvarın 27-də ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadanidxal edilən avtomobillərə və digər mallara rüsumlarınartırılacağını bəyan edib. Buna səbəb kimi isə ticarət sazişininimzalanmasında yaranan gecikmələr göstərilib

Seçilən
44
2
az.trend.az

3Mənbələr