AZ

Xalq artistləri Özbəkistanda təltif olundu Fotolar

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən iki ölkə mədəniyyətinin inkişafında göstərdikləri xidmətlərə görə “Mədəniyyət və Sənət fədakarı” medalı ilə təltif olunublar.

Axşam.az xəbər verir ki, bu barədə Gülyanaq Məmmədova sosial şəbəkədə məlumat yayıb:

“28 yanvar 2026-cı il tarixində qardaş Özbəkistanın paytaxtı Daşkənddə “Yeni Özbəkistan Ulduzları” mükafatının təntənəli təltifolunma mərasimi keçirilib. Özbəkistan dövləti tərəfindən həmin tədbirə Mənsum İbrahimov ilə birlikdə fəxri qonaq qismində dəvət olunduq.

Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərilən xidmətlərə görə “Mədəniyyət və Sənət fədakarı” medalı ilə təltif olunduq.

Verilən dəyərə görə qardaş ölkənin Mədəniyyət Nazirliyinə dərin təşəkkürümüzü bildiririk".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
axsam.az

1Mənbələr